Putin Rusiyanın Böyük Britaniyadakı səfiri Kelini vəzifəsindən azad etdi
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin Andrey Kelini Rusiya Federasiyasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.
Dövlət başçısının müvafiq fərmanı hüquqi aktların rəsmi dərc edilməsi üçün veb saytında mövcuddur.
"Andrey Vladimiroviç Kelini Rusiya Federasiyasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad etsin", - Sənəddə deyilir.
QAZİLER.AZ

