Sərhəd şəhərində qanlı hadisə: Yaralıların vəziyyəti kritikdir

Sərhəd şəhərində qanlı hadisə: Yaralıların vəziyyəti kritikdir backend

Polşanın Ukrayna ilə sərhəd yaxınlığında yerləşən Yaroslav şəhərində bu gün, 24 sentyabrda monastır ərazisində dəhşətli bıçaqlı hücum baş verib.

Polşa KİV-lərinin məlumatına görə, 31 yaşlı Ukrayna vətəndaşı Benedikt monastırının ərazisində insanlara hücum edib. Sinəsindən ağır bıçaq xəsarətləri alan keşişlərdən biri aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə nəticəsində daha 4 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti kritik ağır olaraq qalır, digər bir qadın və keşişin isə həyatı üçün təhlükə yoxdur. Cinayəti törədən şəxs hadisə yerində polis tərəfindən saxlanılıb.

Faktla bağlı Yaroslav və Pşemısl prokurorluqları tərəfindən genişmiqyaslı araşdırma başladılıb.

QAZİLER.AZ