Böyük Britaniya Avropa İttifaqının rusiyalı oliqarxlar Əlişir Usmanov və Mixail Fridmana qarşı sanksiyaları ləğv etmək qərarını dəstəkləmir və onlara tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxlayır.
Qaziler.az bildirir ki, Bloomberg agentliyinin məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Endi Bernem Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi qapalı görüşdə bildirib. Bernem Londonun Brüsselin nümunəsini təkrarlamayacağını qəti şəkildə ifadə edib.
Britaniya hökumətinin başçısı vurğulayıb ki, Ukraynanın beynəlxalq tərəfdaşları Rusiyaya qarşı iqtisadi təzyiqi davam etdirmək və onu müharibəni dayandırmağa məcbur etmək üçün sərt sanksiyaları qorumalıdırlar.
QAZİLER.AZ

