"Starbucks"dan gözlənilməz qərar: 250 mağaza kütləvi şəkildə bağlanır

"Starbucks"dan gözlənilməz qərar: 250 mağaza kütləvi şəkildə bağlanır backend

ABŞ-ın qəhvə nəhəngi "Starbucks" Şimali Amerikadakı 250-yə yaxın mağazasını bağlayacağını elan edib.

Qaziler.az bildirir ki, Starbucks-ın Əməliyyat Direktoru Mayk Qremsin işçilərə göndərdiyi rəsmi məktuba görə, aparılan daxili qiymətləndirmələr nəticəsində müştərilərə istənilən xidmət təcrübəsini təqdim edə bilməyən və qəbul edilən maliyyə göstəricilərinə çatmayan lokasiyalar müəyyən edilib. Bu çərçivədə, həftənin sonunadək fəaliyyətinə xitam veriləcək obyektlər şirkətin regiondakı 18 mindən çox mağazasının təxminən 1 faizini təşkil edir.

Şirkət rəhbərliyi mağaza portfelinin optimallaşdırılması üçün hər il oxşar addımların atıldığını, lakin Şimali Amerika bazarında böyümə hədəflərinin dəyişməz qaldığını vurğulayıb. İxtisara düşən işçilərin imkan daxilində digər kafelərə transfer ediləcəyi, bunun mümkün olmadığı hallarda isə onlara təzminat ödəniləcəyi bildirilib.

QAZİLER.AZ