Vladimir Vısotskinin həyat yoldaşı olmuş Marina Vladi 88 yaşında vəfat edib.
Vladimir Vısotskinin dul xanımı fransız aktrisa Marina Vladi 88 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, BFM TV telekanalının ailəsinə istinadən yaydığı məlumata görə, sənətçi Fransadakı evində, yaxınlarının əhatəsində dünyasını dəyişib. Onun ölüm səbəbi barədə hələlik məlumat verilmir. Marina Vladi əfsanəvi sovet bardı Vladimir Vısotskinin sonuncu xanımı olub və 1980-ci ildə onun ölümünədək birlikdə yaşayıb.
10 may 1938-ci ildə rus mühacir ailəsində doğulan Vladi karyerasına Paris Operasında balerina kimi başlayıb, 10 yaşında isə kinoda ilk rolunu ifa edib. Aktrisa 1963-cü ildə "Arıların kraliçası" (və ya "Nikah çarpayısı") filmindəki roluna görə Kann Kinofestivalının "Ən yaxşı qadın rolu" nominasiyasında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb.
QAZİLER.AZ

