NATO Rusiyadan gələn təhdidlər barədə: “Bu gün biz hamımız şərq cinahıyıq”

NATO Rusiyadan gələn təhdidlər barədə: “Bu gün biz hamımız şərq cinahıyıq” backend

NATO Rusiyadan gələn artan hibrid təhdidlərə cavab olaraq kəşfiyyat və məlumat mübadiləsini gücləndirir. Çətinliklərin miqyasına görə, bütün Alyans ölkələri faktiki olaraq NATO-nun "şərq cinahı"na çevrilib.

Qaziler.az-ın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı Aleksus Qrinkeviç bildirib.

O, Danimarka kəşfiyyatının Rusiyanın artan hərəkətləri və şərq cinahında NATO ölkələri ilə bağlı hərbi insidentlər təhlükəsi ilə bağlı qiymətləndirməsinin "məqbul dərəcədə balanslaşdırılmış" olduğunu bildirib.

Qrinkeviç əlavə edib ki, Alyans hibrid hücumlara cavab olaraq məlumat və kəşfiyyat mübadiləsini gücləndirir.

QAZİLER.AZ