Yekaterinburq şəhərində asayişi pozan şəxs Rosqvardiya əməkdaşları tərəfindən susdurulub.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Yekaterinburqda, Dekabristlər küçəsində sərxoş şəxs insanlara və avtomobillərə atəş açıb. Şahidlərin sözlərinə görə, hadisə saat günorta saatlarında baş verib.
"Qara gödəkçə və mavi cins şalvar geyinmiş qırx yaşlarında bir kişi tapança ilə insanlara və avtomobillərə atəş açıb və tezliklə Rosqvardiya əməkdaşları tərəfindən saxlanılıb", - şahidlərdən biri deyib.
Rosqvardiya mətbuat xidməti E1.RU müxbirinə bildirib ki, şübhəli şəxs özəl təhlükəsizlik qrupu gələnə qədər qaçıb. Şahidin verdiyi təsvirə əsasən, polis 1986-cı il təvəllüdlü bir kişini saxlayıb.
Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelıxın verdiyi məlumata görə, problem yaradan şəxs pivə içdikdən sonra sərxoş olan Yaluninskaya küçəsindən olan 40 yaşlı Maksim adlı yerli sakin olub.
QAZİLER.AZ

