Latviya Seymi bugünkü, 24 sentyabr iclasında ölkə Silahlı Qüvvələrinin Hörmüz boğazının dəniz minalarından təmizlənməsi üzrə beynəlxalq əməliyyatlarda iştirakını dəstəkləyib.
Qaziler.az bildirir ki, LSM+ portalının məlumatına görə, Yaxın Şərqdəki münaqişə nəticəsində Hörmüz boğazı müxtəlif növ dəniz minaları ilə çirklənib. Gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə keçirilən bu humanitar missiyaya Latviya 20-yə yaxın hərbi qulluqçu göndərməyi planlaşdırır. Latviya hərbçiləri ABŞ-ın İranla münaqişədə döyüşən tərəf kimi dəstəklənməsinə yönələn heç bir hərbi əməliyyatda iştirak etməyəcəklər.
ABŞ, Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi koalisiya çərçivəsində Latviya Silahlı Qüvvələrinin bu missiyada iştirakı 1 sentyabr 2028-ci ilə qədər nəzərdə tutulub. Boğazın təmizlənməsi əməliyyatının özünün isə 12-16 ay çəkəcəyi proqnozlaşdırılır. Missiya çərçivəsində bölgəyə dənizaltı partlayıcı obyektlərin zərərsizləşdirilməsi üzrə ixtisaslaşmış avtonom sistemlərlə təchiz olunmuş qrup, həmçinin qərargah zabitləri göndəriləcək.
QAZİLER.AZ

