Avropa İttifaqında dizel yanacağının orta qiyməti 1 litr üçün 2,23 avroya çataraq yeni rekorda imza atıb.
Qaziler.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatlarını təhlil edən AFP agentliyi xəbər yayıb.
Təhlilə əsasən, ümumi rekordla yanaşı, Almaniya, İtaliya və Fransa da daxil olmaqla Aİ-nin 19 ölkəsində yanacaq qiymətlərində tarixi maksimum qeydə alınıb. Danimarka və Finlandiya ən baha dizel yanacağı satılan dövlətlər olub (1 litr üçün 2,56 avro) və Almaniyanı (2,46 avro) qabaqlayıb. Onların ardınca Belçika və Fransa (1 litr üçün 2,40 avro) gəlir, ilk dördlüyü isə alıcıların 1 litr üçün təxminən 2,30 avro ödəməli olduğu İtaliya tamamlayır.
QAZİLER.AZ

