ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpinin qarşılanma mərasimi zamanı Endryus hərbi bazasının səmada uçan B-1B bombardmançı təyyarəsinə görə gərgin anlar yaşayıb.
Qaziler.az xəbər verir ki, kadrlar "Just the News, No Noise" proqramında işıqlandırılıb.
Si Cinpinin ABŞ-yə gəlişi zamanı ABŞ strateji aviasiyanın nümayiş uçuşunu təşkil edib. Kadrlarda B-1B təyyarəsinin uçuşu zamanı Trampın dişlərini sıxaraq simasının dəyişdiyi görünür.
Bu zaman onun yanında dayanan Si Cinpin isə tamamilə soyuqqanlılığını qoruyub. Bombardmançı təyyarə keçdikdən sonra ABŞ prezidenti gülümsəyib və çinli həmkarına nəsə deyib.
QAZİLER.AZ

