ABŞ-ın yüksək vəzifəli şəxsləri və hərbi analitiklər hesab edir ki, Rusiya Suriyada həyata keçirdiyi üç aylıq hərbi əməliyyatlar nəticəsində hədəfinə nail olub, Əsəd rejimini möhkəmləndirə bilib. APA TV-nin məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb. Administrasiyadakı anonim mənbə bildirib ki, Rusiyanın Suriyada keçirdiyi əməliyyatlar effektli olub və daha az xərcə başa gəlib.
Analitiklərin hesablamalarına görə, Moskvanın Suriyada hərbi əməliyyatlara sərf etdiyi illik vəsait 1-2 milyard dolları ötmür. Bu vəsait Rusiyanın 54 milyard dollarlıq müdafiə xərclərindən ayrılır. Ekspertlər hesab edir ki, neftin qiymətinin ucuzlaşması Rusiya iqtisadiyyatına mənfi təsir göstərsə də, müdafiə xərclərinə pozitiv təsir edib. Çünki təyyarə və gəmilər üçün yanacağın qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşıb.Xatırladaq ki, Rusiya sentyabrın 30-dan Suriyada hərbi əməliyyatlara başlayıb.