Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumları ilə nəticələnəcək.
Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
"Ukraynalılar anlayır ki, bu qış bizim üçün çox ağır ola bilər. Lakin cavab olaraq bizim bu qışı Rusiya üçün də ağrılı etməkdən başqa seçimimiz qalmayacaq", – deyə Zelenski bəyan edib.
Ukrayna prezidenti həmçinin bildirib ki, Rusiya təkcə Donetsk vilayətinin işğalı ilə kifayətlənməyəcək və müharibə davam edəcəyi təqdirdə digər Ukrayna şəhərlərini də ələ keçirməyə çalışacaq. Onun sözlərinə görə, hətta qismən qələbə belə Rusiya Prezidenti Vladimir Putin üçün kifayət etməyəcək.
Zelenski Rusiyanın hücumlarının intensivliyinə dair rəsmi rəqəmləri də açıqlayıb. O qeyd edib ki, Rusiya Ukraynaya 2100-dən çox raket atıb ki, bunlardan da 950-dən çoxu ballistik raketlərdir.
"Onlar hər saat reaktiv "Shahed" dronları buraxırlar. Biz onlarla həftənin 7 günü, günün 24 saatı mübarizə aparırıq", – deyə o əlavə edib.
QAZİLER.AZ

