Azərbaycan xurması Yekaterinburq əhalisini iki hissəyə “böldü“

Azərbaycan xurması Yekaterinburq əhalisini iki hissəyə “böldü“ backend

Yekaterenburqlu Yevgeni Yuşuk Azərbaycandan gətirilən və içindən diri parabizən çıxan xurmanın şəklini internetə yerləşdirib. Virtualaz.org-un intermonitor.ru-ya istinadən məlumatına görə, Yuşuk yazıb ki, xurmanı kilosu 238 rubldan (3 dollar) “Metro Cash and Carry” mağazasından alıb.

Şəkil internet istifadəçiləri arasında qızğın müzakirəyə səbəb olub.

Bəzi istifadəçilər bunun Azərbaycandan gətirilən meyvənin ekoloji təmiz olmasını göstərdiyini qeyd ediblər və meyvədən həşəratın çıxmasına yaxşı yanaşıblar.

Digər hissə isə qeyd edib ki, həşəratların sahələrdə rast gəlinməsi əla haldır, lakin həmin həşəratların dekabr ayında Ural mənzilində boşqabda olması təbii ki, pisdir.

Onlar soruşurlar: əgər parabizənlər meyvələrdə yaşayırlarsa və onlarla birgə planetdə yayılırlarsa, bu, hansısa başqa bir zərərverici həşəratın da bu yolla yayıla biləcəyini göstərmirmi?

Müzakirə iştirakçılarının bir hissəsinin sözlərinə görə, ekologiya yaxşı qarşılanmalıdır, lakin meyvənin içindən alma qurdu çıxması yox.

“Fitosanitar nəzarət karantin həşəratlarını nəzarət altına almalıdır, parabizənlər isə bunlara daxil deyil” deyənlər də tapılıb.