BMT-nin 51 ölkəsindən Rusiyaya çağırış: Ukraynanın atəşkəs şərtini qəbul edin!

BMT-nin 51 ölkəsindən Rusiyaya çağırış: Ukraynanın atəşkəs şərtini qəbul edin! backend

Ukrayna tam və dərhal atəşkəsin təmin olunmasına çoxdan razılıq verib. BMT-yə üzv ölkələr Rusiya tərəfini də eyni addımı atmağa çağırıblar.

Qaziler.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna XİN-in bəyanatına istinadən məlumat yayıb.

"Hələ 2025-ci ilin mart ayında Ukrayna tam, dərhal və qeyd-şərtsiz atəşkəsə razılıq verib. Rusiyanı nəhayət eyni addımı atmağa çağırırıq", – deyə BMT-nin 51 üzv dövlətinin birgə bəyanatında bildirilir.

Bundan əlavə, BMT-də Moskva dərhal "özbaşına saxlanılan, məcburi köçkün edilmiş və ya deportasiya olunmuş" bütün Ukrayna mülki vətəndaşlarını, o cümlədən uşaqları Ukraynaya qaytarmağa çağırılıb.

"Ukrayna sülh istəyir. Rusiya təcavüzünü dayandırmalı, atəşkəslə razılaşmalı və hərtərəfli, ədalətli və davamlı sülh naminə danışıqlara ciddi şəkildə qoşulmalıdır", – deyə bəyanatda qeyd olunub.

QAZİLER.AZ