Rusiya və ABŞ-nin xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov və Marko Rubio BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüşə başlayıblar.
Qaziler.az xəbər verir ki, bu barədə "İnterfaks"ın müxbiri məlumat verib.
Qeyd olunub ki, bu, Lavrov və Rubio arasında 2025-ci ildən bəri artıq beşinci görüşdür. Tərəflər daha əvvəl Ər-Riyad, Kuala-Lumpur, Nyu-York və Manilada bir araya gəliblər.
Rusiya XİN rəhbəri daha əvvəl bəyan etmişdi ki, ABŞ dövlət katibi ilə görüşdə, xüsusilə, Vaşinqtonun Ukraynadakı vəziyyətlə bağlı mövqeyini müzakirə etməyi planlaşdırır.
Görüşdə Rusiya tərəfindən Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev, XİN-in Şimali Atlantika departamentinin direktoru Aleksandr Qusarov, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya və xarici siyasətin planlaşdırılması departamentinin direktoru Aleksey Drobinin iştirak edir.
QAZİLER.AZ

