Ağ Ev ətrafında süni intellektli dronlar yerləşdirilib - Funksiyaları nədir?

Ağ Ev ətrafında süni intellektli dronlar yerləşdirilib - Funksiyaları nədir? backend

ABŞ Gizli Xidməti potensial təhdidləri izləmək üçün Ağ Evin yaxınlığında müşahidə dronları yerləşdirib və onlar daimi hazırlıq vəziyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

"Ağ Evdən cəmi bir neçə yüz metr məsafədə, hərbçilərin deyil, Gizli Xidmətin nəzarətində olan dron bazası artıq səssiz-səmirsiz fəaliyyət göstərir. Kameralar və sensorlarla təchiz olunmuş, potensial təhdidləri quş baxışı yüksəkliyindən aşkar etmək üçün nəzərdə tutulan kiçik PUA-lar dörd ədəd boz rəngli, hava şəraitindən qorunan qutuda hazır vəziyyətdə saxlanılır", – deyə nəşrin materialında bildirilir.

Telekanalın məlumatına görə, silahsız olan bu dronlar Maliyyə Nazirliyinin binasının üzərində yerləşdirilib. Gizli Xidmət onları məsafədən idarəetmə pultları vasitəsilə dərhal işə sala və yaranmış vəziyyətə ən operativ şəkildə reaksiya verə bilər.

"Bu fəaliyyət modeli artıq ABŞ-də yüzlərlə polis idarəsi tərəfindən qəbul edilib. Maneələrdən yayınmaq və hədəfi təqib etmək üçün burada çox vaxt süni intellektdən (AI) istifadə olunur", – deyə hesabatda qeyd olunur.

"ABC" telekanalının fikrincə, bu barədə rəsmi açıqlama verilməməsinin səbəbi Ağ Evin xüsusi bal zalı tikintisi ilə bağlı arqumentlərinə xələl gətirməməkdir. Belə ki, Prezident Donald Tramp təhlükəsizliyi təmin etmək məqsədilə həmin zalın damında raketlərlə təchiz olunmuş hərbi dronların yerləşdiriləcəyini vəd etmişdi.

Gizli Xidmət dronların konkret olaraq nə iş gördüyünü şərh etməkdən imtina edib.

QAZİLER.AZ