Fitso Aİ-ni tənqid etdi: "Ukraynaya milyardlar tapılır, yanacaq böhranına isə..."

Fitso Aİ-ni tənqid etdi: "Ukraynaya milyardlar tapılır, yanacaq böhranına isə..." backend

Avropa İttifaqı (Aİ) yalnız Ukrayna barədə narahat olduğu bir vaxtda Avropada yanacaq qiymətləri sürətlə artır.

Qaziler.az “TA3” telekanalına istinadla xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso hökumətin iclasından sonra keçirilən mətbuat konfransında bəyan edib.

Siyasətçi bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə açıq müraciət ünvanlayır və Avropa İttifaqı Şurasının sədri Antoniu Koştaya növbədənkənar sammit çağırması üçün müraciət edir. Fitsonun sözlərinə görə, elə ölkələr var ki, orada dizel yanacağının bir litrinin qiyməti 3 avroya yaxınlaşır ki, bu artıq böhrandır.

Fitso gileylənib ki, Aİ Ukraynadakı müharibəni dəstəkləmək üçün yüz milyardlarla avro tapa bilsə də, yanacağın bahalaşması ilə bağlı heç bir görüş belə keçirə bilmir. Üstəlik, Brüssel üzv dövlətlərdən əhalinin cibinə düşən bu təzyiqlə mübarizə aparmaq üçün müxtəlif kompensasiya mexanizmləri qəbul etməsini gözləyir.

QAZİLER.AZ