San-Fransiskoda pilotların davası Oklendə uçuşu təxirə saldı.
Qaziler.az bildirir ki, "Air New Zealand" aviaşirkətində iki pilotun davası reysin 14 saat gecikməsinə səbəb olub.
"Simple Flying" portalının məlumatına görə, hadisə sentyabrın 7-də heyətin San-Fransiskoda transferi zamanı baş verib. İstirahət vaxtı pilotlar arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib. Davadan sonra heyət üzvünü operativ şəkildə əvəzləmək mümkün olmadığı üçün San-Fransisko–Oklend reysi təxirə salınıb.
Aviaşirkət ilkin olaraq sərnişinlərə gecikmənin səbəbi kimi heyət üzvlərindən birinin qəfil xəstələnməsini göstərsə də, sonradan davanı etiraf edib. Hazırda hadisə ilə bağlı daxili araşdırma aparılır.
QAZİLER.AZ

