NATO-nun Baş katibi Mark Rütte Amerikanın Ayova ştatındakı forumda bəyan edib ki, Alyansın nizamnaməsinin kollektiv müdafiə haqqında 5-ci maddəsi qəsdən qeyri-müəyyən formalaşdırılıb ki, rəqiblər onun nə vaxt tətbiq olunacağını bilməsinlər.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın "Strana.ua" nəşri yayıb.
Baş katib xüsusilə vurğulayıb ki, gizli və ya hibrid hücumlar baş verərsə, Şimali Atlantika Alyansının geniş cavab variantları spektri mövcuddur. Bununla belə, təşkilat rəhbəri əlavə edib ki, bu variantların hamısı ictimaiyyətə açıqlanmayacaq, cavab tədbirləri isə həm simmetrik, həm də asimmetrik ola bilər.
Rütte, həmçinin etiraf edib ki, NATO-nun avropalı üzvləri indiyə qədər ağır işləri ABŞ-nin görəcəyinə arxalanıblar. Onun sözlərinə görə, qlobal təhdidlərin artması və alyansın dözümlülüyünün gücləndirilməsi zərurətinin yeni dərki fonunda bu vəziyyət artıq dəyişib.
QAZİLER.AZ

