Amerikalı senator nəzarətsiz super süni intellektlə bağlı xəbərdarlıq edib

Amerikalı senator nəzarətsiz super süni intellektlə bağlı xəbərdarlıq edib backend

ABŞ-da süper süni intellektin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Qaziler.az bildirir ki, Amerikalı senator Bernie Sanders insan nəzarətindən çıxa biləcək süper süni intellekt sistemlərinin yaradılmasına qarşı çıxıb. O, bu barədə Associated Press (AP) agentliyinə müsahibəsində bildirib və prosesi yavaşlatmağa çağırıb. Sanders ABŞ Prezidenti Donald Trump-ın məsələni kifayət qədər dərk etmədiyini və yalnız iqtisadi nəticələrlə maraqlandığını iddia edib. Senator təhlükədən qorunmaq üçün ABŞ və Çin arasında Soyuq müharibə dövrünün nüvə sazişlərinə bənzər beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Digər tərəfdən, Anthropic və OpenAI şirkətlərinin keçmiş tədqiqatçısı Jacob Coxon texnologiya nəhənglərinin nəzarətsiz yarışda olduğunu bildirərək istifa edib. O, bu sistemlərin yaxın 10 ildə bəşəriyyəti məhv edə biləcəyinə dair ciddi narahatlıqların olduğunu irəli sürüb.

QAZİLER.AZ