Tələbə qızın dəhşətli ölümü: Kran üzərindən keçdi - VİDEO

Tələbə qızın dəhşətli ölümü: Kran üzərindən keçdi - VİDEO backend

Hindistanın Əhmədabad şəhərində 19 yaşlı tələbə qızın ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, "Silver Oak" Universitetinin tələbəsi Prerna Neenama kampusa gedərkən arxadan gələn kran tipli yük maşınının altında qalıb. Təhlükəsizlik kameralarına düşən görüntülərdə nəqliyyat vasitəsinin qıza çırpılaraq onun üzərindən keçdiyi və dayandığı əks olunub. Ağır xəsarətlər alan gənc qız hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra qaçan sürücü Arun Nişad polis tərəfindən saxlanılıb. Yerli sakinlər isə yolda piyada səkisinin olmamasına etiraz ediblər. Faktla bağlı araşdırma aparılır.

QAZİLER.AZ