Qırğızıstan Prezidenti: "Sanksiyalar suveren ölkələrin daxili işlərinə müdaxilə vasitəsidir"

Qırğızıstan Prezidenti: "Sanksiyalar suveren ölkələrin daxili işlərinə müdaxilə vasitəsidir" backend

Qırğızıstan prezidenti sanksiyalar tətbiq etmək hüququ ilə bağlı açıqlama verdi.

Bəzi dövlətlər sanksiyalardan suveren ölkələrin daxili işlərinə müdaxilə vasitəsi kimi istifadə edirlər.

Qaziler.az bildirir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov BMT Baş Assambleyasındakı çıxışı zamanı bəyan edib.

Məlumatı "Sputnik" agentliyi özünün "Telegram" kanalı vasitəsilə yayıb.

Qırğızıstan dövlət başçısının sözlərinə görə, əsassız sanksiyalar Qırğızıstan kimi kiçik dövlətlərə də mənfi təsir göstərir. Bu səbəbdən siyasətçi sanksiya tətbiq etmək hüququnun müstəsna olaraq yalnız BMT-yə verilməsini təklif edib.

QAZİLER.AZ