Quterreş Ukraynada gedən müharibəyə mövqeyinə görə Rusiyaya səfərlərini dayandırıb
BMT-nin Baş katibi Antoniu Quterreşin Rusiyaya səfərləri onun Ukrayna böhranı ilə bağlı qərəzli mövqe tutması səbəbindən dayandırılıb.
Qaziler.az bildirir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Aleksandr Alimov "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, əvvəllər Baş katibin Rusiyaya hər il səfər etməsi təcrübəsi mövcud idi. Lakin Quterreş və onun yaxın ətrafı Ukrayna ətrafındakı vəziyyətə dair ictimai qiymətləndirmələrində tərəfkeşlik nümayiş etdirərək bütün sərhədləri keçdikdən sonra bu praktika dayandırılıb.
Alimov vurğulayıb ki, rəsmi Moskva BMT rəhbərliyinin tutduğu bu qeyri-obyektiv mövqeyə görə illik təşkil olunan yüksəksəviyyəli səfərlərin fəaliyyətinə son qoyub.
QAZİLER.AZ

