Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın köməyi ilə tammiqyaslı müharibənin qışa qədər başa çatacağına ümid etdiyini bildirdi.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində iki liderin görüşünün yayımına istinadən məlumat yayıb.
"Ümid edirəm ki, bu müharibəni qışa qədər bitirə bilərik və Tramp bizə bu işdə kömək edəcək", - deyə Zelenski bildirib.
Tramp da öz növbəsində həm Ukrayna prezidentinin, həm də Rusiya diktatorunun müharibənin bitməsini istədiyini vurğulayıb.
"Vaxt gəlib", - deyə ABŞ prezidenti vurğulayıb.
QAZİLER.AZ

