ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə daha bir görüş keçirə biləcəyini bildirib və Putinin Ukraynadakı münaqişəyə son qoymaq istəyini qeyd edib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Ağ Ev rəhbəri bu açıqlamanı sentyabrın 22-də Ukrayna lideri Vladimir Zelenski ilə görüşü zamanı verib.
"Bilirəm ki, görüşəcəyik və artıq Alyaskada görüşmüşük - daha bir görüş keçirə bilərik. O, (Putin - red.) bu "hərbi əməliyyatın" bitməsini istəyir", - deyə Amerika lideri bildirib.
Eyni zamanda, Tramp rusiyalı həmkarı ilə görüşün dekabr ayında G20 sammitinin keçirilməsi planlaşdırılan Mayamidə baş tutacağına şübhə ilə yanaşdığını bildirib. Daha sonra o, Putinin də Zelenski kimi iki ölkə arasındakı münasibətlərdə sülhün bərqərar olmasını istədiyi fikrini bildirib.
"Düşünürəm ki, hər ikisi "hərbi əməliyyatın" bitməsini istəyir", - deyə o əlavə edib.
QAZİLER.AZ

