Rusiya prezidenti Vladimir Putin bu gün Federal Kosmik Agentliyin ləğv edilməsi haqda fərman imzalayıb. Virtualaz.org saytı Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Federal Kosmik Agentliyin ləğv edilməsi “Roskosmos” dövlət korporasiyasının yaradılması ilə bağlıdır.
Xatırladaq ki, kosmik sahədə fəaliyyətə nəzarət edəcək “Roskosmos”un yaradılması barədə federal qanun bu il iyulun 13-də qəbul edilmişdi.