Tramp, Danimarka və Qrenlandiya arasında yeni təhlükəsizlik sazişi imzalandı - VİDEO

Tramp, Danimarka və Qrenlandiya arasında yeni təhlükəsizlik sazişi imzalandı -  VİDEO backend

ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə Qrenlandiyanın təhlükəsizliyinə dair yeni saziş imzalayıb.

Qaziler.az xəbər verir ki, sənəd Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən mərasimdə imzalanıb.

Razılaşma Arktikada təhlükəsizliyin gücləndirilməsini və ABŞ-nin Qrenlandiyadakı hərbi imkanlarının genişləndirilməsini nəzərdə tutur. Tramp saziş çərçivəsində Qrenlandiyada ABŞ-nin yeni iki böyük hərbi bazasının yaradılacağını bildirib.

Danimarka və Qrenlandiya tərəfi razılaşmanın Danimarkanın suverenliyinə, eləcə də Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna təsir etmədiyini vurğulayıb.

QAZİLER.AZ