Ötən həftənin əvvəlində Latviya, Tallinin Lasnamyae rayonunda yerləşən "Milrem Robotics" hərbi sənaye müəssisəsinin binasını yandırmaqda şübhəli bilinən üç nəfəri Estoniyaya təhvil verib.
Bu barədə Dövlət prokuroru Qardi Anderson ERR telekanalına açıqlama verib.
Məlumatı "Evropeyskaya Pravda" nəşri yayıb.Prokurorun sözlərinə görə, Latviya vətəndaşı olan şübhəlilər Estoniya Təhlükəsizlik Polisi tərəfindən dindirildikdən sonra Haryu Qəza Məhkəməsi qarşısına çıxarılıblar.
Hakim indiyədək toplanmış sübutlar və dindirmənin nəticələri əsasında şübhəli şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsini əsaslı hesab edib.
"Hazırda onlara qarşı əmlaka ziyan vurma və məhv etmə maddəsi ilə şübhəli şəxs qismində ittiham irəli sürülüb, lakin istintaq gedişatında bu dəyişə bilər. Biz bütün versiyaları, o cümlədən hadisənin təxribat (diversiya) ola biləcəyini araşdırırıq", — deyə Anderson vurğulayıb.
Hadisənin təfərrüatıAvqustun 15-nə keçən gecə Lasnamyae rayonunun Betooni küçəsində "Milrem Robotics" müdafiə şirkətinin istifadə etdiyi binada yanğın baş verib.
Bina yaxınlığındakı şübhəli fəaliyyət barədə Həyəcan Mərkəzinə yerli sakin məlumat verib. Hadisədən dərhal sonra, avqustun 19-da yanğınla bağlı üç şübhəli şəxs saxlanılıb.
Hadisədən sonra Estoniyanın Baş naziri Kristen Mixal yanğın hadisəsində Rusiyanın əli olması versiyasının da yoxlanıldığını bəyan edib.
QAZİLER.AZ

