Əfqanıstanda 5 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, bu gün, 22 sentyabrda Əfqanıstanda 5 bal gücündə zəlzələ baş verib.
Bu barədə "Kazinform" Qazaxıstan Milli Məlumat Mərkəzinə istinadən məlumat verir.
IGI NNC RK Məlumat Mərkəzinin məlumatına görə, Əfqanıstanda Bakı vaxtı ilə saat 16:29-da zəlzələ baş verib. Episentrin koordinatları 36.98 dərəcə şimal enliyi, 70.92 dərəcə şərq uzunluğudur.
Maqnituda mpv = 5. Enerji sinfi K = 11.7. Dərinlik h = 200 km.
Bir qədər əvvəl Türkiyənin cənubunda 5 bal gücündə zəlzələ baş verdiyi bildirilmişdi.
QAZİLER.AZ

