Nyu-Yorka səfər edən İran prezidenti Məsud Pezeşkianın ABŞ-də həbs oluna biləcəyi ilə bağlı narahatlıq ifadə olunub.
Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, İran parlamentinin üzvü Qasım Rəvanbəxş Pezeşkianın ABŞ-də həbs edilə biləcəyini iddia edib. O, ABŞ ilə müharibə vəziyyətində olduqlarını bildirərək, belə bir addımın İran üçün məğlubiyyət olacağını vurğulayıb.
Rəvanbəxş ABŞ prezidenti Donald Trampın Pezeşkianla görüşməyə hazır olması barədə açıqlamalarına da münasibət bildirib. Onun sözlərinə görə, Tramp görüşü son anda ləğv edə və ya görüş üçün müəyyən şərtlər irəli sürə bilər.
Millət vəkili Pezeşkianın Trampla görüşməsini də tənqid edib. O, “rəhbərin və minlərlə iranlının qatili” hesab etdiyi şəxslə görüşün İran üçün hansı fayda verəcəyini sual edib.
QAZİLER.AZ

