ABŞ Qrenlandiyada soyuq müharibə dövrünə aid hərbi bazasını bərpa edir

ABŞ Qrenlandiyada soyuq müharibə dövrünə aid hərbi bazasını  bərpa edir backend

ABŞ Danimarka ilə yeni saziş çərçivəsində Qrenlandiyanın cənubunda soyuq müharibə dövrünə aid Amerika hərbi bazasının fəaliyyətini bərpa etməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat verib.

Danimarka, ABŞ və Qrenlandiya Arktika və Şimali Atlantikada təhlükəsizliyin gücləndirilməsinə dair müqaviləni bu gün, sentyabrın 22-də imzalayacaqlar. Mərasimdə ABŞ prezidenti Donald Tramp, Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen iştirak edəcəklər.

Agentlik xəbər verir ki, Söhbət, 1950-ci illərdə ABŞ-nin oradakı “Bluie West One” hərbi bazasını bağlamasından bəri əhalisi azalan Narsarsuak məntəqəsindən gedir.

QAZİLER.AZ