Meksikada məktəblərdə mobil telefondan istifadə qadağan edildi

Meksikada məktəblərdə mobil telefondan istifadə  qadağan edildi backend

Meksikanın ibtidai və orta məktəblərində mobil telefon və planşetlərdən istifadəyə qoyulan məhdudiyyət noyabrın 3-də qüvvəyə minəcək.

Qaziler.az xəbər verir ki, bu barədə ölkə prezidenti Klaudiya Şeynbaum bəyan edib.

Şeynbaum mətbuat konfransında bildirib ki, telefonları çantada saxlamaq mümkün olacaq, lakin nə dərslərdə, nə də tənəffüsdə mobil telefonlardan istifadə etməyə icazə verilməyəcək.

Onun sözlərinə görə, Milli Təhsil Rəhbərləri Şurasının (Conaedu) müvafiq qərarı sentyabrın 22-də hökumətin rəsmi qəzetində dərc olunacaq.

Qərar sentyabrın 18-də Meksikanın bütün 32 ştatının federal və regional təhsil qurumlarının iştirakı ilə keçirilən Conaedu iclasında yekdilliklə qəbul edilib.

Sənəd dərc edildikdən sonra ölkənin Xalq Təhsili Nazirliyinə məktəblərdə məlumatlandırma xarakterli görüşlərin keçirilməsi üçün 30 gün vaxt veriləcək və burada müəllimlərə, valideynlərə yeni qaydalar izah olunacaq.

Şeynbaum vurğulayıb ki, mobil cihazlardan və ekranlardan istifadəyə yalnız fövqəladə hallarda və ya uşaqların xüsusi ehtiyacları ilə bağlı zərurət yarandıqda icazə veriləcək.

QAZİLER.AZ