Lavrovla Rubionun Nyu-Yorkda görüşəcəyi tarix açıqlandı

Lavrovla Rubionun Nyu-Yorkda görüşəcəyi tarix açıqlandı backend

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubionun görüşü sentyabrın 23-də Nyu-Yorkda gözlənilir.

Qaziler.az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Rusiya XİN-in Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov məlumat verib.

"Mənə məlum olduğuna görə, Sergey Lavrovun Marko Rubio ilə görüşü sentyabrın 23-nə planlaşdırılıb", - deyə diplomat bildirib.

Rubio ilə gözlənilən görüş barədə Lavrov özü sentyabrın 15-də məlumat vermişdi.

Rusiya nazirinin BMT Baş Assambleyası çərçivəsində Qərb ölkələrinin digər nümayəndələri ilə ikitərəfli görüşlərinin perspektivləri barədə suala cavab verən Loqvinov bildirib ki, müvafiq müraciətlər daxil olacağı təqdirdə Moskva Lavrovun Nyu-Yorkdakı iş qrafikini nəzərə alaraq onlara baxacaq.

Diplomat vurğulayıb ki, Rusiya tərəfi danışıqlardan heç vaxt imtina etməyib.

QAZİLER.AZ