Stubb Rusiya ilə danışıqlarda vasitəçi olmaqdan imtina etdi

Stubb Rusiya ilə danışıqlarda vasitəçi olmaqdan  imtina etdi backend

Finlandiya prezidenti Aleksandr Stubb Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə aparılacaq danışıqlarda Avropanın baş təmsilçisi ola biləcəyi barədə fərziyyələri rədd edib.

Qaziler.az xəbər verir ki, bu barədə o, "Politico" nəşrinə müsahibəsində deyib.

"Xeyr, bunun mümkün olduğunu düşünmürəm. Avropanın ayrıca vahid bir nümayəndəsinin olacağına inanmıram", — deyə Stubb bildirib.

O, bu prosesdəki öz rolunu "inzibati işlərə kömək etmək" kimi xarakterizə edib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya gələcəkdə bu və ya digər şəkildə Avropa ilə dialoqu bərpa etməli olacaq. O qeyd edib ki, avropalılar olmadan qitənin gələcək təhlükəsizlik arxitekturasını müzakirə etmək qeyri-mümkündür.

QAZİLER.AZ