İran jurnalistlərinin ABŞ-yə girişinə icazə verilmədi

İran jurnalistlərinin ABŞ-yə girişinə icazə verilmədi backend

İran prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka planlaşdırılan səfəri öncəsi onun mətbuat heyətinə ABŞ vizalarının verilmədiyi bildirilib.

Qaziler.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. 

Departamentinin rəhbəri bildirib ki, jurnalistlərin vizası olmasa da, Pezeşkianın ikitərəfli görüşləri və danışıqları barədə məlumatlar ictimaiyyətə çatdırılacaq. 

Səfərin beş gün davam edəcəyi, bunun iki gününün yol üçün nəzərdə tutulduğu qeyd edilib. Pezeşkian səfər çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə də görüşlər keçirəcək.

QAZİLER.AZ