Qırğızıstan prezidenti Putinə müraciət etdi

Qırğızıstan prezidenti Putinə müraciət etdi backend

Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya Dövlət Dumasına keçirilən seçkilərin uğurla başa çatması münasibətilə Rusiya lideri Vladimir Putinə təbrik teleqramı göndərib.

Qaziler.az bildirir ki, müraciətin mətni Qırğızıstan dövlət başçısının rəsmi saytında dərc olunub.

"Əminəm ki, yeni çağırış Dövlət Duması Rusiya Federasiyasının qarşısında duran genişmiqyaslı vəzifələrin icrasına və ölkənizin Sizin rəhbərliyiniz altında gələcək ardıcıl inkişafına mühüm töhfə verəcək", — deyə Japarov bildirib.

Qırğızıstan Prezidenti, həmçinin Rusiya ilə Qırğızıstan arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb. Respublika rəhbəri Vladimir Putinə möhkəm cansağlığı, rifah və dövləti fəaliyyətində yeni uğurlar, Rusiya xalqına isə sülh, sabitlik və tərəqqi arzulayıb.

QAZİLER.AZ