Zelenski sülh naminə Putinlə üz-üzə oturmağa razı oldu

Zelenski sülh naminə Putinlə üz-üzə oturmağa  razı oldu backend

Ukrayna Prezidenti Volodimir Zelenski, Moskva və Kiyev arasındakı münaqişənin nizamlanması naminə rusiyalı lider Vladimir Putinlə üz-üzə oturmağa hazır olduğunu bildirib. O

Qaziler.az xəbər verir ki, onun bu sözlərini “Insider UA” "Telegram" kanalı sitat gətirib.

“Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq. Lakin sülhü yaxınlaşdırmaq naminə mən bunu edəcəyəm”, – deyə Zelenski qeyd edib.

Xatırladaq ki, yanvarın 28-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Zelenskinin rusiyalı liderlə danışıqlar aparmaq üçün Moskvaya dəvət olunduğunu bildirmişdi. Kreml rəsmisi vurğulamışdı ki, əgər Zelenski bu görüşə razı olarsa, Rusiya ona təhlükəsizlik zəmanəti və iş üçün zəruri şərait yaratmağa hazırdır.

Lakin Zelenski Putinlə Moskvada görüşmək imkanını qəti şəkildə rədd edib. Cavabında o, rusiyalı lideri açıq şəkildə Kiyevə dəvət edib, eyni zamanda Putinin buna cürət edəcəyinə şübhə etdiyini bildirib.

QAZİLER.AZ