Si Cinpin və Tramp görüşünün əsas mövzuları açıqlandı

Si Cinpin və Tramp görüşünün əsas mövzuları  açıqlandı backend

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-yə gözlənilən səfəri çərçivəsində amerikalı lider Donald Tramp ilə ikitərəfli münasibətləri, həmçinin qlobal sülh və inkişafa dair mühüm məsələləri ətraflı müzakirə edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szyakun məlumat verib.

"Səfər zamanı Si Cinpin və Prezident Tramp Çin-ABŞ münasibətlərinə, eləcə də dünyada sülh və inkişafa dair mühüm məsələlər ətrafında dərindən fikir mübadiləsi aparacaqlar. Ən yüksək səviyyəli diplomatiya Çin-ABŞ münasibətlərinin inkişaf istiqamətinin müəyyənləşdirilməsində əvəzedilməz strateji rol oynayır", - Çin XİN-in rəsmi nümayəndəsi brifinqdə bildirib.

QAZİLER.AZ