Sudanda növbəti dəfə şaxta uçdu: 11 nəfər ölüb - VİDEO

Sudanda növbəti dəfə şaxta uçdu:  11 nəfər ölüb - VİDEO backend

Sudanın şimal-şərqində qızıl mədənində şaxtanın uçması nəticəsində azı 11 nəfər həlak olub, 30-a yaxın insan isə xəsarət alıb. Dağıntılar altında qalanların axtarışları davam edir.

Qaziler.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən AP agentliyi məlumat yayıb.

Hadisə ölkənin şimal-şərqində yerləşən ucqar Oni rayonunda baş verib. Şahidlərin sözlərinə görə, uçqun şənbə günü axşam saatlarında başlayıb. Dövlətə məxsus "Sudanese Mineral Resources Co." şirkətinin nümayəndəsi bildirib ki, bazar gününədək 11 nəfərin cəsədi tapılıb, daha 30 nəfər isə xilas edilib.

Bu, son bir həftə ərzində Sudandakı qeyri-rəsmi qızıl mədənlərində baş verən ikinci irimiqyaslı uçqundur. Bundan əvvəl, 13 sentyabrda ölkənin qərb hissəsində bir sıra şaxtaların uçması nəticəsində azı 82 nəfər həlak olmuşdu.

QAZİLER.AZ