Ağ Evdən qovulan nəşrlər ABŞ hakimiyyətini məhkəməyə verdi

Ağ Evdən qovulan nəşrlər ABŞ hakimiyyətini məhkəməyə verdi backend

CNN, MS NOW və “Politico” Ağ Evdə fəaliyyət göstərməyə qoyulan qadağaya görə ABŞ hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıblar.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” üç nəşrin birgə bəyanatına istinadən məlumat yayıb.

"Hökuməti konstitusiyanın birinci düzəlişi ilə təmin edilən hüquqlarımızın və mətbuatın nəyi işıqlandırmalı və ya dərc etməli olduğuna hökumətin qərar verməməsi prinsipinin müdafiəsi naminə məhkəməyə müraciət etdik", – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp CNN, MS NOW telekanallarını və “Politico” nəşrini Ağ Evə giriş hüququndan məhrum etmək barədə qərar qəbul edib. Siyasətçi qeyd edib ki, digər media qurumları da bu siyahıya daxil edilə bilər.

Dövlət başçısı məhkəmənin onun bu qərarını ləğv edə biləcəyini etiraf edib. Bununla belə, o, sözügedən media orqanlarını administrasiyası haqqında saxta xəbərlər yazdıqları üçün "yalançı" adlandırıb.

QAZİLER.AZ