İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi ABŞ-nin İrana yeni hücum edəcəyi təqdirdə Tehran tərəfindən indiyədək istifadə olunmayan silahlardan istifadə ediləcəyini bildirib.
Qaziler.az bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir.
Mohebbinin sözlərinə görə, İran müharibənin əvvəlki mərhələlərində tətbiq edilməyən yeni silahlar hazırlayıb və hərbi imkanlarını inkişaf etdirib. O, bu silahları “strateji” adlandıraraq, onların lazım gələrsə istifadə ediləcəyini və bunun dünyanı təəccübləndirəcəyini deyib.
SEPAH sözçüsü, həmçinin müharibənin coğrafiyasının genişlənə biləcəyini bildirib. Onun sözlərinə görə, hazırda qarşıdurma regional xarakter daşıyır, lakin regionun geniş olması müharibənin coğrafi baxımdan daha da yayılması üçün imkan yaradır. Mohebbi SEPAH-ın uzunmüddətli müharibəyə hazırlaşdığını da qeyd edib.
QAZİLER.AZ

