"Tvitter generalı" yenə COŞDU: Uqanda Türkiyəyə qarşı hərbi işbirliyini dayandırdı

"Tvitter generalı" yenə COŞDU: Uqanda Türkiyəyə qarşı hərbi işbirliyini dayandırdı backend

Türkiyəyə qarşı qəribə bəyanatları ilə tanınan uqandalı general Muhoozi Kaineruqaba növbəti dəfə rəsmi Ankaranı hədəf alıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Tvitter generalı" ləqəbli Kaineruqaba, atası — Uqanda Prezidenti Yoveri Musevenini kəskin tənqid edən siyasi müxalif Fred Lumbuyenin Türkiyə tərəfindən ölkəsinə ekstradisiya edilməməsini əsas gətirərək, Türkiyə ilə hərbi əlaqələri dayandırdığını elan edib.

Uqanda Ordusunun sözçüsü Kris Magezi məsələ ilə bağlı etdiyi rəsmi açıqlamada bildirib: “Uqanda Xalq Müdafiə Qüvvələri (UPDF) Türkiyə ilə olan bütün müdafiə və hərbi əməkdaşlığı hazırkı andan etibarən dayandırıb. Bu qərar, iki ölkə arasındakı qarşılıqlı müdafiə problemləri həll olunana qədər qüvvədə qalacaq”.

Qeyd edək ki, uqandalı general Kaineruqaba bundan əvvəl də Türkiyəni hədəf alan çıxışlar etmiş, lakin sonradan rəsmi olaraq üzr istəmək məcburiyyətində qalmışdı.

QAZİLER.AZ