İran hakimiyyəti ABŞ ilə münaqişəni dayandırmaq üçün öz şərtlərini Qətər vasitəçiləri ilə qarşı tərəfə ötürüb və Prezident Donald Trampın reaksiyasını gözləyir.
Qaziler.az xəbər berir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi "Al Jazeera" telekanalına müsahibəsində məlumat verib.
"Biz hərbi əməliyyatların dayandırılması məqsədilə tələblərimizi Vaşinqtona çatdıran Qətər vasitəçisi ilə təmasdayıq. İndi isə Prezident Trampın cavabını gözləyirik", – deyə o bildirib.
Rezayi bildirib ki, İranın şərtlərinə bütün cəbhələrdə döyüş əməliyyatlarının dayandırılması, dondurulmuş aktivlərin blokunun açılması və dəniz blokadasının ləğv edilməsi daxildir.
QAZİLER.AZ

