Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gün ərzində ölkə ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus 328 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, dronlar Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək vurulub. Müdafiə Nazirliyinin bildirdiyinə əsasən, PUA-lar Bryansk, Kursk, Belqorod, Oryol, Kaluqa, Tula, Ryazan və Rostov vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım və Dağıstan respublikaları, həmçinin Qara və Xəzər dənizlərinin akvatoriyaları üzərində məhv edilib.
Məlumatda həmçinin qeyd edilib ki, sentyabrın 18-də səhər saatlarında cümə gününə keçən gecə HHM qüvvələri 629 Ukrayna istehsalı təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib.
QAZİLER.AZ

