ABŞ İraqdakı 23 illik hərbi mövcudluğuna son qoyur.
Qaziler.az xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, sonuncu amerikalı hərbçilər sentyabrın 17-dən 18-nə keçən gecə İraq Kürdüstanı ərazisini tərk etməyə başlayıblar.
Birləşmiş Ştatlar qoşunlarını İraq Kürdüstanının Ərbil mühafazasında yerləşən "Harir" hərbi bazasından çıxarmağa başlayıb. Ölkənin digər hissələrində isə artıq amerikalı hərbçi qalmayıb. İraqın Baş naziri Əli əl-Zeydinin bəyan etdiyinə görə, ABŞ ordusunun ölkədən çıxarılması sentyabrın 30-dək başa çatmalıdır və bu tarix qəti və geri dönməzdir.
Qeyd edək ki, ABŞ qoşunları 2003-cü ildə Səddam Hüseyn rejiminin devrilməsindən sonra, 2011-2014-cü illərdəki qısamüddətli fasilə istisna olmaqla, 23 il ərzində İraqda mövcud olub. Müəyyən illərdə İraqdakı ABŞ hərbi kontingentinin sayı 170 min nəfərə çatırdı. Hazırda isə bu rəqəm bir neçə min nəfərdən çox deyil, lakin Pentaqon hərbçilərinin dəqiq sayını açıqlamır. Son dövrlərdə amerikalılar İraq Kürdüstanında cəmi bir hərbi bazadan istifadə edirdilər ki, indi oranı da tərk edirlər.
Qeyd edək ki, daha əvvəl Donald Tramp amerikalı hərbçilərin İraqda qalmasına artıq ehtiyacın olmadığını bəyan etmişdi.
QAZİLER.AZ

