Ukraynada partiya liderinin məhkəməsində dava düşüb HƏVƏSKAR ÇƏKİLİŞ

Ukraynada partiya liderinin məhkəməsində dava düşüb  HƏVƏSKAR ÇƏKİLİŞ backend

Kiyevdə “Ukrayna Vətənpərvərlər Birliyi” partiyasının lideri Gennadi Korbanın məhkəməsində dava düşüb. APA TV-nin məlumatına görə, məhkəmə sədri prosesin bağlı keçəcəyini elan etdikdən sonra partiya fəalları və Dovlət Dumasının deputatları qərara etiraz ediblər. Onlar milislərin partiya liderini zaldan çıxarmaq cəhdinin qarşısını almaq istəyiblər. Məhkəmə zalına “Alfa” qrupunun döyüşçüləri gəlib, onlar deputatları itələyərək zaldan çıxarıblar. Dava düşüb, bu zaman mühakimə olunan Korban huşunu itirib.

Xatırladaq ki, Gennadi Korban oktyabrın sonunda evində həbs olunub. Partiyanın ofisinə baxış keçirilən zaman 1,5 milyon dollar və çoxlu silah aşkarlanıb. Partiya ötən il təsis edilibb, o zaman Gennadi Korban Dnepropetrovsk vilayətinin rəhbəri, oliqarx İqor Kolomoyskinin müavini olub. Martda Kolomoyski prezident Poroşenko ilə mübahisə etdikdən sonra vəzifəsindən azad edilib.