Rusiya Prezidenti Vladimir Putin Ulyanovsk vilayətinin sakini Viktor Fominə sosial qazlaşdırma çərçivəsində qənaət etdiyi pulla həyat yoldaşına hədiyyə almağı təklif edib.
Qaziler.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Viktor Fominin sözlərinə görə, o və həyat yoldaşı üç il ərzində təbii qazdan istifadə edərək 170.000 rubldan (31000 azn) çox qənaət ediblər. Kişi həmçinin bütün Ulyanovsk vilayətinin sakinləri adından dövlət başçısına regionun pulsuz qazlaşdırılmasına görə təşəkkür edib.
"Qənaət olunmuş həmin pullarla, məncə, siz həyat yoldaşınıza yaxşı bir hədiyyə edəcəksiniz. Mən də buna qoşulmağa hazıram", — deyə Putin video-konfrans formatında sosial qazlaşdırma obyektlərinin açılışı zamanı bildirib.
O, həmçinin Ulyanovsk vilayətindən olan bu cütlüyü qızıl toyları (evliliklərinin 50 illiyi) münasibətilə təbrik edib və onlara hər şeyin ən yaxşısını arzulayıb.
QAZİLER.AZ

