İtaliyadan İndoneziyaya böyük hədiyyə: İlk aviadaşıyıcı limana lövbər saldı

İtaliyadan İndoneziyaya böyük hədiyyə: İlk aviadaşıyıcı limana lövbər saldı backend

İndoneziya Tailanddan sonra ikinci oldu. O, artıq öz aviadaşıyıcısına sahibdir

İtaliyanın İndoneziyaya hədiyyə etdiyi ilk aviadaşıyıcı gəmisi Cakartanın Tancunq-Priok limanına lövbər salıb.

Qaziler.az bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Hərbi Dəniz Qüvvələrinin komandanı Məhəmməd Əli bildirib ki, 41 yaşlı gəmidən ilk növbədə qeyri-döyüş əməliyyatlarında istifadə olunacaq, lakin zərurət yaranarsa, o, döyüş tapşırıqlarını da yerinə yetirə biləcək. Göyərtəsində 14-dən çox helikopter daşıya bilən gəminin donanmada daha 15–20 il xidmət edəcəyi gözlənilir.

Gələn həftə "KRI Sriwijaya" adı ilə rəsmən xidmətə başlayacaq gəmi sayəsində İndoneziya, Tailanddan sonra Cənub-Şərqi Asiyada aviadaşıyıcıya sahib olan ikinci ölkə olacaq.

QAZİLER.AZ