Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco" "Şərq-Qərb" neft kəmərinə edilən hücumdan sonra gələn ay bəzi avropalı müştərilərinə neft payı (kvotası) ayrılmayacağı barədə xəbərdarlıq edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Agentliyin mənbələri bildirib ki, "Saudi Aramco" krallığın Qırmızı dənizə çıxan əsas neft kəmərinin hücuma məruz qalmasından sonra Avropanın ən azı iki neft emalı zavoduna gələn ay xam neft ayrılmayacağını bəyan edib.
Avropalı alıcılar, adətən, Səudiyyə neftini hər ay sabit tədarükü təmin edən uzunmüddətli müqavilələr əsasında alırlar. Lakin anonim mənbələrin agentliyə verdiyi məlumata görə, gələn ay bu cür tədarüklər həyata keçirilməyəcək və bu qərar bütün avropalı alıcılara şamil olunur.
QAZİLER.AZ

