Fransada birinci xanım Bricit Makronun cinsi (kişi olması iddiası) barədə araşdırmaya başlayan jurnalist Nataşa Rey vəfat edib.
Qaziler.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Ksavye Pussar məlumat paylaşıb.
"Sentyabrın 13-də xərçəng xəstəliyindən dünyasını dəyişən Nataşa Reyin vəfatını dərin kədərlə öyrəndik", — deyə o yazıb.
Sentyabrın 13-də verilən məlumata görə, Rey Paris Apellyasiya Məhkəməsində Fransa prezidentinin xanımı Bricit Makrona qarşı böhtan işi üzrə məhkəmə prosesini udmuşdu.
Yanvar ayında Paris məhkəməsi internetdə dövlət başçısının həyat yoldaşı Bricit Makron barədə saxta xəbərlər yayılması işi ilə bağlı 10 vətəndaşa şərti cəza verib.
Daha əvvəl bildirildiyi kimi, məhkəmə prosesinin əsasını birinci xanımın cinsi, cinsi orientasiyası və prezidentlə aralarındakı böyük yaş fərqi ilə bağlı internetdəki çoxsaylı paylaşımlar təşkil edib. Bəzi təhqiramiz şərh müəllifləri bu yaş fərqini pedofiliya kimi qələmə verməyə çalışıblar.
QAZİLER.AZ

